Oktyabrın 1-nə Qarabağ iqtisadi rayonunda kredit qoyuluşu 238 milyon manata çatıb.
Eləcə də bax: Bank sektorunun biznes kreditləri portfeli - 9 MİLYARD MANATI KEÇDİ
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, Mərkəzi Bankın məlumatına görə, kreditlərin ən böyük həcmi Bərdə rayonunun payına düşür – 118,6 milyon manatdır.
Sonrakı yerlərdə Ağcabədi (55,5 milyon manat), Ağdam (25,5 milyon manat), Tərtər (19,5 milyon manat) və Füzuli (18,9 milyon manat) rayonları gəlir.