Ali Baş Komandanımız oktyabrın 20-də xalqa müraciəti zamanı şanlı ordumuz tərəfindən işğalçı ölkənin silahlı qüvvələrinə məxsus çoxlu sayda silah və texnikanın məhv edildiyini bildirdi.
Ermənistana məxsus daha 3 PUA məhv edilib
Bu barədə Füzulidən olan deputat Vüqar Bayramov bildirib ki, ilkin qiymətləndirmələrə əsasən, Azərbaycan ordusu tərəfindən məhv edilən və qənimət kimi götürülən ermənilərin silah və texnikasının ümumi dəyəri 2.4 milyard dollardan çoxdur:
"Bu Ermənistanın 2 milyard dollarlıq valyuta ehtiyatlarından artıq olmaqla yanaşı, işğalçı ölkənin ümumi büdcə gəlirləri qədərdir. Şanlı ordumuz savaşın ilk 24 günündə Ermənistana illik büdcə gəlirləri qədər ziyan vurublar.
Əgər həmin silahlar kasıb Ermənistana borc olaraq verilibsə, o zaman işğalçı ölkənin ümumi xarici borcu 10 milyard dolları keçəcək. Bu isə xarici borcun Ümumi Daxili Məhsulun 80 faizinə yaxınlaşmasına səbəb olacaq".
V.Bayramovun sözlərinə görə, “Fitch” beynəlxalq agentliyi tərəfindən kredit reytinqi aşağı salınan işğalçı ölkəni post-savaş dövründə daha çətin günlər gözləyir .