Azərbaycan 2018-ci ildə 13 milyon dollarlıq nar ixrac edib ki, bu da 2017-ci illə müqayisədə təxminən 25 faiz artım deməkdir.
FED.az-ın məlumatıma görə, bunu Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının (ANİİA) sədri Fərhad Qaraşov bildirib.
ELƏCƏ DƏ BAX: Azərbaycanda soğan niyə bahalaşıb? - ARAŞDIRMA
O deyib ki, Azərbaycanda 25 minədək nar bağı var. Keçən il 180 min tonadək nar istehsal olunub ki, bu göstərici 2017-ci illə müqayisədə artıb:
“Cari ildə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) tərəfindən xarici ölkələrə təşkil edilən ixrac missiyaları, açılan ticarət evlərində nar məhsullarının daha çox çeşidli olması və müxtəlif sərgilərdə iştirak nəzərdə tutulur. Həmçinin xarici əməkdaşlıq, aidiyyəti qurumlarla təcrübə mübadiləsi, təlimlərin keçirilməsi, eləcə də narçılıqla məşğul üzvlərin daha innovativ üsullar tətbiq etməklə bol və keyfiyyətli məhsul alması qarşıya qoyulan vəzifələrdəndir”.
Qadın sahibkarlığının inkişaf istiqamətlərindən danışan F.Qaraşov qeyd edib ki, məqsəd bu istiqamətdə özünəməşğulluğun, eləcə də qadınların narçılıq sahəsinə həvəsinin artırılmasıdır.
Nar satanların qazancı açıqlandı – MİLYONLARLA DOLLAR
19:35
25 Yan 2019