15 iyul 2019 14:23

«Baş prokuror vəzifəsini 2 milyon avroya satdıq» - KEÇMİŞ BAŞ NAZİR

Moldovanın keçmiş Baş naziri Vladimir Filat ölkədə bəzi mühüm vəzifələrin satıldığını etiraf edib və bu prosesin necə baş verdiyini açıqlayıb.

FED.az xəbər verir ki, Filat 2009-cu ildə baş prokuror vəzifəsinin satışı əhvalatını nəql edib. 
Eləcə də bax:«Robot məhkəmə hakimləri» gəlir - YENİLİK

Keçmiş baş nazirin sözlərindən məlum olur ki, mühüm vəzifələr ölkə iqtisadiyyatına nəzarət edən oliqarxlar arasındakı «tender»in nəticələrinə görə satılırmış.

Həmin vaxt bu yarışmada qalib gələn oliqarx V.Plaxotnyuk (Moldovada böyük biznesə malikdir) vəzifəyə hüquq-mühafizə sistemindəki sag əli olan Valeri Zubkonun təyinatına nail olub.

«Axşam məniim yanıma Vyaçeslav Untile gəldi (V.Untile parlament seçkilərində qalb gələrək parlament alyansına daxil olan «Bizim Modova» alyansının sədr müavini idi – FED.az). O mənə birbaşa dedi ki, qərara alınıb ki, baş prokuror vəzifəsini 2 milyon avroya sataq. Bu kreslonu V.Plaxotnyuk almışdı və ora Valeri Zubkonu təyin etdirdi».

Keçmiş baş nazir deyib ki, bu məsələni ABŞ-ın Moddoavadakı səfiri ilə də müzakirə edib: «Səfir dedi ki, bu çox ciddi məsələdir, amma bu yenə də sizin seçiminizdir».

Qeyd edək ki, Valeri Zubko doğrudan da təyin edilib və 2009-2013-cü illərdə 4 il Moldovanın baş prokuroru işləyib.

Bundan başqa, Vladimir Filat bildirib ki, Milli Banka görə cavabdeh Kandu idi, baxmayaraq ki, rəsmi olaraq Dorin Draqusanu idi.

Qeyd edək ki, Vladimir Filat hazırda həbsdədir. 2016-cı ildə o passiv korrupsiya və vəzifəsindən şəxsi mənafeyi naminə istifadə ittihamı ilə 9 illik həbs edilib.

Maraqlıdır ki, Vladimir Plaxotnyuk dövlət işlərinə qarışmağı bundan sonra da davam etdirib və hətta 2019-cu ilin iyununda Moldovada «məxməri inqilaba» - dövlət çevrilişinə cəhd edib. Amma bu çevriliş baş tutmayıb və iyunun 15-də ölkədən Londona qaçıb.




 

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz