Ekologiya sığortası son illərdə yaranan yeni sığorta növüdür. Bu növün yaranmasında məqsəd ətraf mühitə və insanların sağlamlığına ziyan vuranların məsuliyyətini artırmağa xidmət edir. Əsasən də neft və sənaye ölkələrində tətbiq olunur – deyə sığorta mütəxəssisi Ceyhun Əsgərov bu barədə FED.az-a bildirib.
Onun sözlərinə görə, müxtəlif müəssisələrdə istehsalat nəinki ətraf mühitə, hətta insan sağlamlığına ziyan vurur. Hazırda dünyanın bir çox yerində zərərli tullantıların atmosferə, su hovuzlarına və s yerlərə atılmasını müşahidə etmək olar. Məlumdur ki, son dövrlərdə ekoloji cəhətdən təmiz texnologiya işlənib hazırlanır. Lakin bu texnologiya olduqca bahalı məhsullardır. Ona görə də bir çox sahibkar ətraf mühiti çirkləndirməyə görə, pul cəriməsini ödəməyi üstün tutur. Digər tərəfdən ekologiyaya zərər verəcək hadisələrə baş verdikdə nəinki maddi ziyana hətta insan tələfatına da gətirib çıxarır. Bu zaman belə bir sual ortaya çıxır ki, dəymiş zərəri kim ödəməlidir? Cavab ilk baxışdan sadə görünə bilər. – zərər vuran. Lakin çox zaman dəymiş ziyanın həcmi o qədər böyük olur ki,sahibkarların ziyanı ödəməyə imkanı çatmır. Bu xərclər ehtiyat fondlarında və ya digər xərcləri ixtisara salmaqla qarşılanır. Bu kimi halların qarşısını almaq üçün ekologiya sığortası müqaviləsini bağlamaq lazımdır – deyə Ceyhun Əsgərov bildirib.
Müəyyən vəsaiti sığorta şirkətinə ödəməklə gələcəkdə bu kimi hallarda sahibkarlar maddi zərəri daha asan qarşılaya bilər. Ekologiya sığortasının əsasən iki növü var. Könüllü və icbari.
Könüllü növ ekologiya sığortası əsasən əhalinin sağlam düşüncəsindən , dünya görüşündən və maarifləndirmə səviyyəsindən asılıdır. Ekologiya sığortası bir çox dövlətlərdə icbari sığorta növüdür. Hətta Rusiyada ətraf mühitə zərər vura biləcək müəssisəslər siyahıya alınır və icbari şəkildə sığortaya cəlb olunur. Bu növ sığorta ölkəmizdə 18 aprel 2002-ci il də dövlət başçısının qərarı ilə icbari olmuşdur.
Lakin mülki məsuliyyət sığortasının yaranmasından sonra bu sığorta növünə tələbatın olmamasına görə 2012-ci ildə ölkəmizdə ləğv edilib – deyə Ceyhun Əsgərov bildirib.
Sahibkarların təbiətə vurduğu ziyanı sığorta qarşılaya bilər - TƏKLİF
12:13
28 May 2019