BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) yanlış və saxta təchizat əməliyyatları barəsində xəbərdarlıq edib.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının əməkdaşı olmayan və təşkilatın adından hər hansı işin icra edilməsi üçün səlahiyyətləndirilməyən, özünü "Valeriya Balma" kimi təqdim edən şəxs müəyyən şəxslərlə birgə yerli turizm təşkilatlarına özlərini Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının nümayəndələri kimi təqdim edərək ticari sövdələşmələr aparmağa cəhd göstəriblər:
Təşkilatın Azərbaycan nümayəndəliyindən FED.az-a daxil olan məlumata görə, "Qeyd edilənlərin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının rəsmi əməliyyatları olduğunu iddia edərək fərdlərin səyahət bileti əldə etmək kimi maliyyə mənfəəti qazanmaq məqsədi ilə təşəbbüs etdikləri cəhdlər saxtakarlıq kimi qiymətləndirilir. Bu cəhdlər Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının rəsmi əməliyyatlarına daxil deyildir. Aldatmaq cəhdlərinə Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının rəsmi e-poçt ünvanlarını təqlid edən elektron poçt ünvanlarının yaradılaraq istifadəsi və Təşkilatın və BMT-nin loqosu ilə saxta sənədlərin hazırlanması da daxildir. Həmin şəxslər aşağıdakı e-poçt ünvanlarını öz məqsədləri üçün istifadə ediblər:
[email protected]
[email protected]
[email protected]
[email protected]
[email protected]
Bu məlumatla Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycan nümayəndəliyi ictimaiyyəti bu saxta cəhdlər barədə xəbərdar edir və bu xarakterli hər hansı şübhəli təşəbbüs barədə Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı və ya yerli hakimiyyət orqanlarının məlumatlandırılmasını məsləhət görür.
Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı bildirir ki, bu saxta əməliyyatlar üzrə heç bir hüquqi və ya maliyyə məsuliyyəti daşımır və bu saxta sxem çərçivəsində bağlanmış müqavilələrin öhdəliklərinə cavabdeh deyil.
Bütün təchizatçıların məlumatı olsun ki, Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının təqdim etdiyi mal və xidmətlər üzrə bütün müqavilələr aşağıda qeyd edilən ünvanda yerləşən Azərbaycan baş ofisi tərəfindən təqdim edilir:
Binəqədi rayonu, 8-ci yaşayış sahəsi, 3123-cü məhəllə, AZ115, Bakı, Azərbaycan.
Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının adından çıxış edən təşkilat və ya fərdlə hər hansı bir əməliyyat aparılmadan öncə bu ofis ilə əlaqə saxlamaq tövsiyə edilir.
Azərbaycanda beynəlxalq təşkilatın adından fırıldaq cəhdi - RƏSMİ AÇIQLAMA
12:22
21 May 2019