Baş Dövlət Yol Polisi İdarəsi soyuq qış aylarında pişiklərin təhlükəsizliyi məsələlərində sürücülərə diqqətli olmağı məsləhət görüb.
FED.az xəbər verir ki, idarənin paylaşdığı məlumatda bildirilib ki, soyuq qış aylarında pişiklər isti yer axtarırlar və adətən onlar üçün belə yerlərdən biri avtomobil mühərrikinin daxili hissəsidir.
"Çöldə yaşayan pişiklər və kiçik heyvanlar üçün rahat yataq yeri tapmaq o qədər də asan deyil. Ona görə də pişiklərə daha çox avtomobil mühərriklərində rast gəlinir. Diqqətli olaq ki, həmin avtomobil işə salındıqda kiçik dostlarımıza xəsarət yetirməyək”, - məlumatda vurğulanıb.