Dünyanın avtomobillə yük daşıma sektorunda maraqlı yenilik baş verib.
Azərbaycanda 3 ildir anons olunan logistika subsidiyası – HƏLƏ İŞƏ DÜŞMƏYİB
Yük daşımaları ilə məşğul olan «Aurora» şirkəti bu sahədə yeni mühüm nəticəni elan edib. Şirkətin sürücüsüz yük maşınları artıq dayanmadan 1600 kilometr qət edə bilir. Bu, dayanmadan 15 saat yol getmək deməkdir.
Belə nəticənin əsas xüsusiyyəti ondan ibarətdir ki, bu göstəricini heç bir sürücü təkrarlaya bilməz, buna sadəcə qanun yol vermir. Belə ki, dünyada mövcud olan qaydalara əsasən yük maşınlarının sürücüləri fasiləsiz uzun müddət mahın sürə bilməzlər.
Bu sahədəki standartlara əsasən, yük maşını sürücüləri hər 8 saatdan bir fasilə etməli, ümumiyytələ 11 saatdan artıq fasiləsiz maşın sürməməlidirlər. 11 saata çatdıqdan sonra isə yalnız 10 sata istirahətdən sonra sükan arxasına qayıda bilərlər.
Sadə desək, adi sürücülər qanunun pozmadan gündə 1600 km qət edə bilməzlər. Yəni bu sahədə sürücüsüz avtomobillərin tətbiqi vəziyyəti dəyişə, logistikanı daha da inkişaf etdirə bilər.
Xatırladaq ki, ABŞ şirkəti olan «Aurora» ölkənin müxtəlif ərazilrindəki daşımaları sürücüsüz maşınlarla yerinə yetirir.











