Taksi sifarişi operatorları tərəfindən hər bir taksi sifarişi üzrə real vaxt rejimində ötürülən adsızlaşdırılmış məlumatların, o cümlədən sürücünün iş və istirahət rejimlərinə riayət olunmasına nəzarət məqsədilə sürücü barədə məlumatların siyahısı təsdiq edilib.
Anar Rzayev: "Bakıda taksilərin sayı digər ölkələrdə olan saydan 4 dəfə çoxdur"
FED.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Qərara əsasən, taksi sifarişi operatorları tərəfindən “AYNA” informasiya sisteminə aşağıdakı adsızlaşdırılmış məlumatlar real vaxt rejimində ötürülür:
- taksi minik avtomobilinin hər bir statusuna uyğun olaraq tarix və vaxt;
- taksi sifarişinin statusu (aktiv (sürücü sərnişini götürməyə gedir), imtina edilib (sifariş sərnişin və ya sürücü tərəfindən ləğv
edilib), icra edilir (daşıma həyata keçirilir), icra edilib (daşıma başa çatıb);
- taksi sifarişinin hər bir statusuna münasibətdə tarixi və vaxtı;
- taksi sifarişi üzrə tətbiq olunan tarif, gediş haqqı və gediş haqqının ödənişi üsulu (nağd və ya nağdsız qaydada);
- daşıyıcının vergi ödəyicisi kimi uçota alınması haqqında şəhadətnamə üzrə məlumat;
- taksi minik avtomobilinin dövlət qeydiyyat nişanı;
- taksi minik avtomobilinin yeri, marşrutu və sürəti;
- taksi minik avtomobilinin sifariş statusu (boşdur, boşdur - sifarişi qəbul edir, məşğuldur - sərnişin daşıyır, məşğuldur - sərnişin
daşımır və sifariş qəbul etmir);
- taksi minik avtomobilinin sürücüsünün sürücülük vəsiqəsinin seriyası və nömrəsi;
- taksi minik avtomobilinin sürücüsünün iş və istirahət vaxtının başlanğıc, son tarixi və vaxtı.