Oracle Corp. bazar ertəsi dərc etdiyi illik maliyyə hesabatında əvvəlcədən təxmin ediləndən xeyli daha böyük miqyaslı ixtisar dalğası həyata keçirdiyini rəsmi şəkildə etiraf edib.
BBC 550 əməkdaşını işdən çıxarır - 500 milyonluq qənaət planı, böyük ixtisar dalğası
FED.az xəbər verir ki, hesabatda, şirkətin süni intellekt texnologiyalarını geniş tətbiq etməsi nətiəsində işçi sayında azalma olduğu qeyd edilib və bu prosesin qarşıdakı dövrdə də davam edə biləcəyi açıq şəkildə vurğulanıb.
Bu açıqlama süni intellektin texnologiya sektorunda məşğulluğa necə birbaşa təhdid etdiyini göstərən ən konkret korporativ sənədlərdən biri kimi qeydə alınıb.
Mayın 31-də başa çatan maliyyə ilinin məlumatlarına görə, Oracle-ın qlobal miqyasda tam ştatlı işçilərinin sayı bir il əvvəlki 162 min nəfərdən 141 min nəfərə düşüb.














