“Azər Maya İstehsal” QSC (VÖEN: 1505428971) təşkilatı-hüquqi formasını dəyişir.
Azərbaycanda 10 milyon manatlıq şirkət – MMC-YƏ ÇEVRİLİR
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, QSC çevrilmə şəklində yenidən təşkil olunaraq MMC-yə çevrilir.
“Azər Maya İstehsal” MMC “Azər Maya İstehsal” QSC-nin bütün hüquq və vəzifələri üzrə hüquq varisidir.
Qeyd edək ki, şirkət 2021-ci ildə VÖEN alıb. Nizamnamə kapitalı 10 milyon 761 min manat olan şirkətin qanuni təmsilçisi Əliyev Elvin Eldar oğludur. Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, 11-ci Dağlıq 3105-ci məhəllədir.















