Bakıda fəaliyyət göstərən taksi avtomobillərinin 60 faizinin ili 15 ildən artıqdır.
Nazir müavini: "Bakıda taksilərin sayı 67 mindən 60 minə qədər azalıb, 20 min bəs edir"
FED.az xəbər verir ki, bunu Yerüstü Nəqliyyat Agentliyi İdarə Heyətinin sədri Anar Rzayev Milli Məclisdə keçirilən “Nəqliyyatın idarə edilməsində yeniliklər və çağırışlar” mövzusunda dinləmədə deyib.
O qeyd edib ki, Bakıda taksilərin sayı digər ölkələrdə olan saydan 4 dəfə çoxdur.
“Taksilər gün ərzində 24-25 gediş edir. Bir taksi şəxsi avtomobillə müqayisədə 8-9 dəfə çox gediş edir. 14 mindən çox taksi sürücüsü AYNA-nın təlimlərinə cəlb edilib. Bu proses davam edəcək”, - deyə o, əlavə edib. (Trend)