“Sosial Xidmətlər Agentliyi” PHŞ (VÖEN: 1405196831) tərəfindən keçirilən tender ləğv edilib.
Daha bir rayonda ucuz evlər tikiləcək
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, tender çərçivəsində əlilliyi müəyyən olunmuş şəxslər və şəhid ailələri üçün Zərdab rayonunda 34 ədəd üçotaqlı, 26 ədəd ikiotaqlı və 8 ədəd birotaqlı mənzilin satın alınması nəzərdə tutulmuşdu.
6 milyon 611 min manat ayrılan tenderin ləğv edilməsinin səbəbi satınalmada iştirak etmək üçün təklif verən təchizatçıların sayı üçdən az olması olub.















