İyunun 10-da “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin (ASCO) Müşahidə Şurasının növbəti iclası keçirilib.
FED.az xəbər verir ki, Müşahidə Şurasının sədri, maliyyə naziri Samir Şərifovun sədrliyi ilə keçirilən və Müşahidə Şurasının, eləcə də ASCO-nun İdarə heyətinin üzvlərinin iştirak etdiyi iclasda gündəliyə uyğun olaraq Cəmiyyətin 2022-ci il üzrə audit olunmuş, konsolidə edilmiş maliyyə hesabatları təqdim olunub, geniş müzakirələrdən sonra hesabat Müşahidə Şurası tərəfindən yekdilliklə qəbul olunub.
İclasda həmçinin, Cəmiyyətin 2022-ci il üzrə büdcəsinin icrası və idarəetmə hesabatı Müşahidə Şurası tərəfindən bəyənilərək qəbul olunub, Cəmiyyətin qiymət siyasəti, 2023-cü il üzrə Strateji tədbirlər planı təsdiq edilib.
İclasda ASCO-nun cari fəaliyyəti ilə əlaqədar digər məsələlərə dair fikir mübadiləsi aparılıb, müvafiq qərarlar verilib.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurası Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 11 fevral tarixli Sərəncamına əsasən yaradılıb.