Bakı Nəqliyyat Agentliyinin (BNA) metronun "Koroğlu" stansiyasının çıxışında indiyə qədər Nəqliyyat Mübadilə Mərkəzi (NMM) kimi istifadə etdiyi ərazi Milli Gimnastika Arenasına (MGA) təhvil veriləcək.
FED.az Report-a istinadən xəbər verir ki, bu barədə məlumat BNA-nın mətbuat xidmətindən verilib.
Eləcə də bax: Bakıda daha bir BÖYÜK LAYİHƏ! 18 kilometrlik velosiped yolu çəkilir
Dövlət qurumunun sözçüsünün sözlərinə görə, həmin ərazi MGA-ya məxsus parklanma yeridir və bu günə kimi icazə əsasında müvəqqəti istifadə olunub.
Ötən gün açılışı baş tutmuş yeni NMM-in bir həftədən sonra vətəndaşların istifadəsinə verilməsi gözlənilir. Bununla da, MGA-nın ərazisindən istifadə etməyə ehtiyac qalmayacaq.