Ötən il dəniz nəqliyyatı ilə 23,7 min sərnişin daşınıb.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu 2022-ci illə müqayisədə 2,3 min nəfər və ya 10,7% çoxdur.
Bundan başqa sərnişin dövriyyəsi 0,9 milyon sərnişin-km və ya 8,8% artaraq 11,1 milyon sərnişin-km təşkil edib.
Lakin illik müqayisə ilə sərnişindaşımadan gəlirlər 2 milyon 256 min manat və ya 36,5% azalaraq 3 milyon 923 min manata düşüb.