Nazirlər Kabineti yeni tikilən Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun 81,3 kilometrlik hissəsinin ödənişli avtomobil yolu kimi müəyyən edilməsinə dair tədbirlər haqqında qərar qəbul edib.
Pullu yolla bağlı dəyişiklik qəbul edildi - Saatda 130 km
FED.az xəbər verir ki, qərarı Baş nazir Əli Əsədov imzalayıb.
Qərara əsasən, ödənişli avtomobil yolunun başlanğıc və son nöqtələri belədir:
- başlanğıc nöqtəsi: M–6 Hacıqabul–Bəhramtəpə–Mincivan avtomobil yolunun 157-ci kilometri;
- son nöqtəsi: Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun (Zəfər yolu) 100,5-ci kilometri.
Ödənişli avtomobil yolunun başqa avtomobil yolları ilə kəsişmələri və birləşmələri:
- ödənişli avtomobil yolunun 1,4-cü kilometri – Horadiz–Cəbrayıl–Zəngilan– Ağbənd avtomobil yolu;
- ödənişli avtomobil yolunun 27-ci kilometri – Füzuli Beynəlxalq Hava Limanının giriş yolu;
- ödənişli avtomobil yolunun 32-ci kilometri – Füzuli şəhərinə giriş yolu;
- ödənişli avtomobil yolunun 32-ci, 47-ci və 67,5-ci kilometrlərində – Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolu (Zəfər yolu).
Ödənişli avtomobil yolunun texniki göstəriciləri:
- uzunluğu – 81,3 kilometr;
- texniki dərəcəsi – I c;
- hərəkət zolaqlarının sayı: 0–46-cı kilometr hissəsində – 6, 46–81,7-ci kilometr hissəsində – 4;
- hərəkət zolağının eni – 3,5 metr;
- yol çiyninin eni: 0–46-cı kilometr hissəsində – 2,5 metr, 46–81,7-ci kilometr hissəsində – 2 metr;
- torpaq yatağının eni: 0–46-cı kilometr hissəsində – 29,5 metr, 46–81,7-ci kilometr hissəsində – 21,5 metr;
- yol çiyninin bərkidilmiş zolağının eni – 0,5 metr;
- ayırıcı zolağın eni – 2 metr.
Alternativ ödənişsiz avtomobil yolunun marşrutu, uzunluğu və əsas texniki göstəriciləri:
- Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolu (Zəfər yolu):
- uzunluğu – 101 kilometr;
- texniki dərəcəsi: 0–17-ci kilometr hissəsində – III, 17–101-ci kilometr hissəsində – II;
- hərəkət zolaqlarının sayı – 2;
- hərəkət zolağının eni – 3,5 metr;
- yol çiyninin eni: 0–17-ci kilometr hissəsində – 1,5 metr, 17–101-ci kilometr hissəsində – 2,5 metr;
- torpaq yatağının eni: 0–17-ci kilometr hissəsində – 12 metr, 17–101-ci kilometr hissəsində – 14 metr;
- yol çiyninin bərkidilmiş zolağının eni – 0,5 metr.













