Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun layihələndirilməsi və tikintisi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən beynəlxalq magistral normalarına uyğun sürətlə və uğurla davam etdirilir.
Şuşada sərnişindaşımaya icazə qaydası müəyyənləşdi
FED.az xəbər verir ki, bu barədə AAYDA məlumat yayıb.
Bildirilib ki, I texniki dərəcəyə malik yolun ilk 48 km-i - 6, qalan 33.7 km-i isə 4 hərəkət zolaqdan ibarət olmaqla inşa olunur. Müvafiq olaraq yol yatağının eni 29.5 m və 21.5 m təşkil edir:
Yolun uzunluğu - 81.74 km;
Yolun texniki dərəcəsi - I;
Hərəkət zolaqlarının sayı - 4-6 ədəd;
Hərəkət zolağının eni - 3.5 m;
Torpaq yatağının eni - 21.5-29.5 m;
Hərəkət hissəsinin eni - 14-21 m;
Yol çiyinlərinin eni – 1.5-2 m;
Ayrıcı zolağın eni – 2 m.
Yol boyu müxtəlif diametrli 194 suötürücü boru, 38 yeraltı keçid, 11 körpü, 7 tunel və 9 viaduk inşa edilir. Körpülərin ümumi uzunluğu 1557 metr, viadukların uzunluğu 1965 metr, tunellərin ümumi uzunluğu isə bir istiqamət üzrə 6450 metrə yaxındır:
- 194 müxtəlif diametrli suötürücü boru – 9 700 p/m;
- 38 yeraltı keçid - 1520 m;
- 11 avtomobil körpüsü - 1557 p/m;
- 7 avtomobil tuneli – 6349.7 m sol tərəf, 6341 m sağ tərəf;
- 9 viaduk - 1965 m.
Layihə üzrə tikintisi nəzərdə tutulmuş 9 viadukun 8-də inşaat işləri tamamlanıb. 1-nin tikintisi isə davam edir. Viadukların 3-nün tikintisi zamanı Azərbaycanda ilk dəfə olaraq aşırım qəliblərin üfüqi sürüşdürülməsi üsulu ilə betonlama işləri yerinə yetirilib:
1-ci viaduk - 57 km-də, 185 m;
2-ci viaduk - 61.6 km-də, 250 m;
3-cü viaduk - 62.5 km-də, 295 m;
4-cü viaduk - 65.1 km-də, 146 m;
5-ci viaduk - 69.67 km-də, 118 m;
6-cı viaduk - 70.2 km-də, ortalama 140 m (sol-70 m, sağ-210 m);
7-ci viaduk - 78.7 km-də, 295 m;
8-ci viaduk - 79.3 km-də, 158 m;
9-cu viaduk - 79.7 km-də, ortalama 378 m (sol-410 m, sağ-350 m).
Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisi layihəsi üzrə nəzərdə tutulmuş və ümumi uzunluqları (sağ və sol istiqamət) 12.7 km təşkil edən 7 avtomobil tunelindən 6-da qazma işləri artıq yekunlaşıb. Hazırda tuneldaxili işlər həyata keçirilir. Qeyd edək ki, tunellərdə qaya qruntlardan ibarət hissələrin kənarlaşdırılması qazma, partlatma və qırıcı üsullarla aparılıb:
1-ci Tunel - 53.9 km-də, ortalama 3302 m (sol 3275 m, sağ 3330 m);
2-ci Tunel - 69.9 km-də, ortalama 322.4 m (sol 351.6 m, sağ 293.2 m);
3-cü Tunel - 71.55 km-də, ortalama 532.9 m (sol 515.6 m, sağ 550.2 m);
4-cü Tunel - 73.7 km-də, ortalama 680.2 m (sol 679.8 m, sağ 680.6 m);
5-ci Tunel - 77.7 km-də, ortalama 540.1 m (sol 570 m, sağ 510.2 m);
6-cı Tunel - 78.35 km-də, ortalama 454.2 m (sol 431 m, sağ 477.4 m);
7-ci Tunel - 80.6 km-də, ortalama 512.6 m (sol 525.8 m, sağ 499.4 m),
Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisi layihəsi çərçivəsində hazırda müəyyən hissələr üzrə qazma və dolğu işləri, yol yatağı və yol əsasının inşası işləri davam etdirilir. Yol əsası hazır olan hissələrə isə asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur. Bundan başqa, yol boyu müxtəlif mühəndisi qurğuların (daş və dəmir-beton divar, geodivar və küvetlər) tikintisi də aparılır.
Tikinti işləri “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, agentliyin rəhbərliyinin nəzarəti altında həyata keçirilir. İşlərin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika səfərbər olunub.
Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu başlanğıcını M6 Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolundan götürməklə işğaldan azad edilmiş Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonlarını birləşdirir.