Ölkədə ümumi 1 milyon 700 minə yaxın avtomobil var. Onlardan 80 faizdən artığı Bakıdadır. Paytaxt ərazisində ən çox qayda pozulması dayanma və durma ilə bağlıdır.
“Pik saatların olub-olmaması fərq etmir, tıxac həmişə olur”
FED.az xəbər verir ki, bunu xüsusi avtobus zolaqları ilə bağlı mətbuat konfransında Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib.
O qeyd edib ki, qayda pozuntularının daha çoxu səkilərin, piyada zolaqlarının, avtobus dayanacaqlarının tutulması ilə bağlıdır: “Hələ də avtobus zolaqlarına istədiyimiz qədər məsuliyyətli münasibət yoxdur. Bu cür qayda pozuntuları kamera görüntüləri ilə araşdırılır və hər birinə hüquqi qiymət verilir. Yanvar ayından bu yana 11 ay ərzində Bakıda İnzibati Xətalar Məcəlləsinin 327.1 maddəsi - nişanın tələblərinin pozulmasına görə 40 mindən çox protokol tərtib olunub”. (Trend)