Dünyada pandemiyanın zəifləməsi, təyyarə səfərlərinin bərpası 2023-cü ildə hava gəmisi istehsalının artmasına səbəb olub.
AZAL 3 yeni Airbus A320Neo təyyarəsi alıb - FOTOLAR
FED.az xəbər verir ki, ABŞ-ın təyyarə istehsalçısı “Boeing” bunu nəzərə alaraq cari ildə 10 min nəfəri işə götürməyi planlaşdırır. Hazırda “Boeing”in ABŞ-da təxminən 136 min işçisi çalışır.
Əlavə iş yerlərinin əksəriyyəti aviaşirkətlərin artan tələbatını ödəmək üçün “Boeing”in biznes bölmələrində, o cümlədən mühəndislik və istehsalatda açılacaq.
Şirkət 2022-ci ildə 374 ədəd “737 MAX” tədarük etmişdisə, cari ildə bu rəqəmin 400-450-yə çatması planlaşdırılır. “787” tipli təyyarə tədarükünün isə 70-80 laynerə çatacağı gözlənilir.
“Boeing”in rəqibi “Airbus” da bu həftə cari ildə 13 min nəfəri işə götürəcəyini bildirmişdi. (Azərtac)