“BakuBus” MMC-nin idarəetmə hesabatı müzakirə olunub, Cəmiyyətin istismarında olan avtobuslara texniki xidmət göstərilməsi, onlara ehtiyat hissələrinin tədarükü məsələləri ilə bağlı cari vəziyyət nəzərdən keçirilib.
FED.az bu barədə şirkətə istinadən xəbər verir.
Eləcə də bax: “Daşıyıcı şirkətlərə ayrılmış 7,5 milyon “Bakubus”a verilib” - BNA
Məlumata görə, "BakuBus"ın Müşahidə Şurasının növbəti iclası keçirilib. İclas Şuraın sədri, iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyevin sədrliyi ilə baş tutub.
İclasda Şuranın üzvləri, Azərbaycan İnvestisiya Holdinqinin əməkdaşları və “BakuBus”ın rəhbər şəxsləri iştirak ediblər. Şirkətin maliyyə dayanıqlığının təmin edilməsi, istismara buraxılması gözlənilən yeni marşrut xətləri və Cəmiyyətin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində həyata keçiriləcək digər tədbirlər ətrafında müzakirələr aparılıb.