Mövcud hesablamalara əsasən Bakı metrosunda bir sərnişinin daşınması üzrə nağd maya dəyəri mövcud tarif səviyyəsindən yüksəkdir.
Bakı metrosu bu il sərnişin daşımadan 78,9 milyon manat qazanıb
Bu barədə FED.az biznes və maliyyə xəbərləri portalının sorğusuna cavab olaraq “Bakı Metropoliteni” QSC-dən bildirilib.
Məlumatda qeyd edilib ki, bu maya dəyəri əsasən əməkhaqqı fondu, enerji təminatı, texniki xidmət, təhlükəsizlik və istismar xərclərindən formalaşır və metropolitenin fasiləsiz fəaliyyət göstərən iri infrastruktur olması bu xərclərin sabit xarakter daşımasına səbəb olur.
Aradakı fərq əməliyyat fəaliyyətinin davamlılığını təmin etmək məqsədilə subsidiya mexanizmi hesabına tənzimlənir.
Qeyd edək ki, 1 oktyabr 2025-ci il tarixindən etibarən metro nəqliyyatında sərnişindaşıma xidmətinin tarifi bir gediş üzrə 60 qəpik təşkil edir.










