Bu ilin yanvar-sentyabr aylarında metro ilə 162 milyon 575,8 min sərnişin daşınıb.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4 milyon 15,0 min nəfər və ya 2,4% azdır.
Ötən il bu göstərici 166 milyon 590,8 min sərnişin olmuşdu.
Hesabat dövründə metro ilə sərnişin dövriyyəsi 1 milyard 913,4 milyon sərnişin-km təşkil edib.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 52,9 milyon sərnişin-km və ya 2,7% azdır.
Ötən il bu göstərici 1 milyard 966,3 milyon sərnişin-km olmuşdu.
Hesabat dövründə sərnişin daşınmasından əldə olunan gəlir 78 milyon 871,0 min manat təşkil edib.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8 milyon 928,5 min manat və ya 12,8% çoxdur.
Ötən il bu göstərici 69 milyon 942,5 min manat olmuşdu.










