"Azərbaycan Dəmir Yolları"nın (ADY) sədri Rövşən Rüstəmov və Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili Tbilisidə görüş keçiriblər.
FED.az xəbər verir ki, bu barədə Gürcüstan KİV-ləri yazır.
Danışıqlar zamanı tərəflər iki ölkə arasında dəmir yolu ilə sərnişindaşımalarının bərpasının mümkünlüyünü müzakirə ediblər.
Qeyd olunub ki, Tbilisidəki görüşdə R.Rüstəmov və M.Kvrivişvili bu məsələnin əhəmiyyətini bir daha vurğulayıblar.
Xatırladaq ki, nazir M.Kvrivişvili bu yaxınlarda Azərbaycanda səfərdə olub. Onu Azərbaycan Prezidenti İlham Əliyev qəbul edib, həmçinin nazir ölkənin yüksək vəzifəli rəsmiləri ilə bir sıra görüşlər keçirib. (Apa)