Avropa tənzimləyicisi AZAL-ın təyyarəsinin qəzaya uğramasından sonra aviaşirkətlərə Rusiyanın bir sıra regionları üzərində uçuşlardan çəkinməyi tövsiyə edib.
FED.az xəbər verir ki, Avropa Aviasiya Təhlükəsizliyi Agentliyi (EASA) Moskva və Kiyev arasında davam edən münaqişə fonunda Rusiya üzərindən “uçuşların maksimum təhlükəsizliyini təmin etmək” üçün aviaşirkətlərə tövsiyələrini yeniləyib.
Tənzimləyici bütün uçuş səviyyələrində “60-cı meridian şərq uzunluğunun qərbində təsirə məruz qalmış Rusiya hava məkanında” uçuşların qarşısının alınmasını tələb edən bir direktiv verdi. Söhbət Moskva, Rostov-na-Donu, Sankt-Peterburq, Yekaterinburq və Samara şəhərlərinin uçuş məlumatı regionlarından gedir. Tövsiyələr 31 iyul 2025-ci il tarixinədək qüvvədədir və EASA üzv ölkələrindən və Avropa İttifaqına uçan digər ölkələrdən olan aviaşirkətlərə şamil edilir.
EASA qərarını bununla izah edib ki, o, hərbi və mülki xidmətlərin koordinasiyasında səhvlər və səhv identifikasiya riskləri görür.
EASA xatırladıb ki, hazırda üçüncü ölkələrin bir sıra aviadaşıyıcılarından fərqli olaraq, heç bir Aİ şirkəti Rusiya üzərində uçuşlar həyata keçirmir (ölkə Rusiya təyyarələrinə qarşı oxşar tədbirlərə cavab olaraq 2022-ci ilin fevralında öz hava məkanını onların üzünə bağladı). (Apa)