"Zeytun Pharmaceuticals" ticarət qaydaları əleyhinə olan (Fiziki şəxslərə dərman vasitələrinin buraxılması qaydalarının və aptek təşkilatlarına dair tələblərin pozulması) inzibati xəta üzrə məhkəməyə verilib.
FED.az xəbər verir ki, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 452.3-cü maddəsi ilə protokol irəli sürülüb.
Həmin məcəllənin 452.3-cü maddəsinə görə aptek təşkilatlarına dair tələblərin pozulmasına görə vəzifəli şəxslər 500-700 manatadək məbləğdə, hüquqi şəxslər 1000-2000 manatadək məbləğdə cərimə edilir.
İş Bakı Şəhər Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın icraatındadır.