"Gəncə Naftalan Sağlamlıq Mərkəzi" MMC "Azəriqaz" İB-ni məhkəməyə verib.
FED.az xəbər verir ki, iddia mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklərdən qaynaqlanan mübahisələr üzrə qaldırılıb.
İşə Gəncə Kommersiya Məhkəməsində baxılır. İddia hakim Kənan Vəliyevin icraatındadır.