"Azərmaş Lizinq” ASC "Azərsığorta Dövlət Şirkəti"ni (ləğv prosesindədir) məhkəməyə verib.
FED.az xəbər verir ki, iddia mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklərdən qaynaqlanan mübahisələr üzrə qaldırılıb.
İşə Bakı Kommersiya Məhkəməsində baxılır. İddia hakim Zeynəb Axundovanın icraatındadır.