“GN-Nəqliyyat Xidmətləri” MMC məhkəməyə verilib.
FED.az xəbər verir ki, buna səbəb İdarəçilik Qaydalari Əleyhinə Olan Inzibati Xətalardır.
Belə ki, “GN-Nəqliyyat Xidmətləri” MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 538.1-ci maddəsi ilə (Ölçmələrin vəhdətinin təmin edilməsi tələblərinin pozulması) protokol tərtib olunub.
Xatırladaq ki, həmin maddəyə əsasən ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan sahədə ölçmələrin tipi təsdiq edilməmiş və (və ya) yoxlamadan keçirilməmiş ölçmə vasitələrindən istifadə edilməklə aparılmasına və (və ya) ölçmələrin attestasiya edilməmiş ölçmə metodikaları (metodları) ilə yerinə yetirilməsinə görə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir.
İşə Bakı Şəhər Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyev təyin edilib.