İtaliyanın tanınmış dizayn və mebel istehsalçısı olan BONALDO şirkətinin Bakıda Ataturk prospekti 19 ünvanında yerləşən yeni mağazasının (şourum) açılışı olub.
FED.AZ xəbər verir ki, rəsmi təntənəli açılış mərasimində yerli şirkətlərin rəhbərləri ilə yanaşı Türkiyənin, İtalyanın və digər xarici ölkələrin Azərbaycanda fəaliyyət göstərən şirkətlərin rəhbər və nümayəndələri iştirak edib.
Təbridə çıxış üçün söz ilk olaraq İtaliyanın Bonaldo şirkətinin icraçı direktoru (CEO) Alberto Bonaldoya verilib. O bildirib ki, ailəyə məxsus olan Bonaldo brendi 1936-cı ildən fəaliyyət göstərir və artıq üç nəsil boyunca fəaliyyətini davam etdirir: “Bu irs bizə davamlılıq və sabitlik qazandırır ki, bu da bizi özəl kapital fondlarına məxsus brendlərdən əhəmiyyətli dərəcədə fərqləndirir. Bizim missiyamız dünyaya italyan dizaynının balanslaşdırılmış və zərif ifadəsini təqdim etməkdir. Bonaldo özünü yüksək seqmentdə, bəzən dəbdəbəli, amma hər zaman əlçatan və insanlara yaxın bir brend kimi mövqeləndirir”.
A.Bonaldonun sözlərinə görə, son illərdə Azərbaycan zərif formalı və dəbdəbəli materiallarla seçilən lüks dizayna maraq göstərir: “Eyni zamanda italyan dizaynerləri və brendləri daha yüngül formalar və daha balanslaşdırılmış estetikaya yönəliblər. Mən bunu minimalizm adlandırmazdım, bu, daha çox sadə parıltıdan çox mükəmməlliyə can atmaqla bağlıdır. Mən inanıram ki, Bonaldo bu dəyişimi mükəmməl şəkildə təcəssüm etdirir və ən əsası, əminəm ki, yerli auditoriya həm bu yanaşmaya hazırdır, həm də ona səmimi şəkildə maraqlıdır”.
Maraqli çıxışı ilə qonaqlarn diqqətini cəlb edən A.Bonaldo bildirib ki, gənc və dinamik əhaliyə malik olan Azərbaycan dövlətinin iqtisadiyyatı durmadan inkişaf edir və regionda getdikcə daha mühüm, strateji və mərkəz rolunu oynayır: “Mən əminəm ki, hər bir dünya brendi Azərbaycanda investisiya yatırımlarını prioritet hesab etməlidir. Bütün bunları nəzərə alaraq, əminliklə deyə bilərəm ki, Azərbaycanda şirtkətimizin satış göstəriciləri sürətlə artması ilə yanaşı brendimizin nüfuzu və tanınması da güclənəcək”.
Açılış mərasimində daha sonra Bonaldo şirkətinin satış müdiri Basso Stefano çıxış edib. O bildirib ki, “Bonaldo” brendinin Bakıda ilk rəsmi şorumunun açılışı bizim üçün çox önəmli bir hadisədir: “Çünki bu açılış təkcə yeni bir məkanın fəaliyyəti demək deyil bu, eyni zamanda İtaliya dizayn ruhunun Azərbaycan mədəniyyəti ilə qovuşmasıdır. Bonaldo artıq üç nəsildir ki, ailə dəyərlərinə söykənən, sabitlik və mükəmməlliyə yönəlmiş bir brend kimi fəaliyyət göstərir. Bizim əsas məqsədimiz insanlara sadəcə mebel deyil, zövq, harmoniya və həyat tərzi təqdim etməkdir. B.Stefano qeyd edib ki, Azərbaycan bazarına daxil olmaq təsadüfi deyil. “Biz bu ölkədə gənc, yaradıcı və estetik zövqü yüksək bir auditoriya görürük. Azərbaycan sürətlə inkişaf edən iqtisadiyyatı, mədəni zənginliyi və dünya ilə açıq əlaqələri ilə regionda mühüm yer tutur. Bu şourum bizə yerli tərəfdaşlarımızla sıx əməkdaşlıq nəticəsində mümkün olub. Onların dəstəyi və inamı sayəsində Bonaldo artıq Bakıdadır və biz əminik ki, bu başlanğıc uzunmüddətli uğurlu əməkdaşlığın davamı olacaq”.
Qeyd edək ki, 1936-cı ildən fəaliyyət göstərən BONALDO şirkəti “Made in Italy” fəlsəfəsini əsas götürərək, yüksək keyfiyyətli və estetik baxımdan mükəmməl ev mebelləri, işıq sistemləri və aksessuarlar istehsal edir. 2000-ci illərdən etibarən beynəlxalq arenada daha çox tanınmağa başlayan Bonaldo brendi dünyanın tanınmış dizaynerləri ilə əməkdaşlıq edərək müxtəlif beynəlxalq dizayn mükafatlarına layiq görülüb. Şirkət hazırda Karim Rashid, Alain Gilles və digər tanınmış dizaynerlərlə birlikdə müasir, innovativ və funksional məhsullar yaradır.
Bu gün Bonaldo brendinin dünyanın 75 ölkəsində nümayəndəliyi və mağazaları fəaliyyət göstərir. Şirkətin məhsulları evlərdə, ofislərdə, otellərdə və ictimai məkanlarda geniş istifadə olunur.



![Bakıda məşhur İtalya brendi olan [red]BONALDO[/red] mağazasının açılış mərasimi olub [red]- FOTOLAR - VİDEO[/red] | FED.az](upload/news/small/4929538.jpg)
![Bakıda məşhur İtalya brendi olan [red]BONALDO[/red] mağazasının açılış mərasimi olub [red]- FOTOLAR - VİDEO[/red] | FED.az](upload/news/small/1943368.jpg)
![Bakıda məşhur İtalya brendi olan [red]BONALDO[/red] mağazasının açılış mərasimi olub [red]- FOTOLAR - VİDEO[/red] | FED.az](upload/news/small/413982.jpg)
![Bakıda məşhur İtalya brendi olan [red]BONALDO[/red] mağazasının açılış mərasimi olub [red]- FOTOLAR - VİDEO[/red] | FED.az](upload/news/small/1871893.jpg)
![Bakıda məşhur İtalya brendi olan [red]BONALDO[/red] mağazasının açılış mərasimi olub [red]- FOTOLAR - VİDEO[/red] | FED.az](upload/news/small/4142054.jpg)
![Bakıda məşhur İtalya brendi olan [red]BONALDO[/red] mağazasının açılış mərasimi olub [red]- FOTOLAR - VİDEO[/red] | FED.az](upload/news/small/2390786.jpg)
![Bakıda məşhur İtalya brendi olan [red]BONALDO[/red] mağazasının açılış mərasimi olub [red]- FOTOLAR - VİDEO[/red] | FED.az](upload/news/small/4811505.jpg)
![Bakıda məşhur İtalya brendi olan [red]BONALDO[/red] mağazasının açılış mərasimi olub [red]- FOTOLAR - VİDEO[/red] | FED.az](upload/news/small/2960327.jpg)
![Bakıda məşhur İtalya brendi olan [red]BONALDO[/red] mağazasının açılış mərasimi olub [red]- FOTOLAR - VİDEO[/red] | FED.az](upload/news/small/3204259.jpg)
![Bakıda məşhur İtalya brendi olan [red]BONALDO[/red] mağazasının açılış mərasimi olub [red]- FOTOLAR - VİDEO[/red] | FED.az](upload/news/small/2672098.jpg)
![Bakıda məşhur İtalya brendi olan [red]BONALDO[/red] mağazasının açılış mərasimi olub [red]- FOTOLAR - VİDEO[/red] | FED.az](upload/news/small/2019319.jpg)
![Bakıda məşhur İtalya brendi olan [red]BONALDO[/red] mağazasının açılış mərasimi olub [red]- FOTOLAR - VİDEO[/red] | FED.az](upload/news/small/3823683.jpg)
![Bakıda məşhur İtalya brendi olan [red]BONALDO[/red] mağazasının açılış mərasimi olub [red]- FOTOLAR - VİDEO[/red] | FED.az](upload/news/small/2818664.jpg)









