“ACA-Mebel” ASC 18 sentyabr 2023-cü il tarixində, saat 11:00 da “ACA-Mebel” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı yığıncağı keçiriləcəkdir.
“Absheron Hotel Group”a yeni rəhbər - TƏYİN EDİLİB
FED.az xəbər verir ki, iclasın keçirildiyi yer Bakı şəhəri, Nəsimi rayonu, Alatava 2, cəmiyyətin ofis binasıdır.
Gündəliyə çıxarılan məsələlər aşağıdakılardır:
1.Cəmiyyətin adının “ACA-Mebel” Açıq Tipli Səhmdar Cəmiyyətindən, “ACA-Mebel” Açıq Səhmdar Cəmiyyətinə dəyişdirilməsi;
2. Cəmiyyətin Nizamnaməsinin yeni redaksiyada hazırlanması və təsdiq edilməsi ;
3. Cəmiyyətin Müşahidə Şurasının ləğv edilməsi;
4. Cəmiyyətin İdarə Heyəti buraxılması və kollegial idarəçilikdən tək başına icra orqanı kimi Direktorun təyin edilməsi;
5. Cəmiyyətə yeni Direktorun (sədr) təyin edilməsi və digər məsələlər.
Qeyd edək ki, “ACA-Mebel” ASC 1997-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 1 240 082 manatdır və qanuni təmsilçisi Arif Şirinzadədir.