“Divançı.az” MMC barəsində istehlakçı hüquqlarının pozulması ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilib.
"Bazarstore" məhsulu üzərindəki qiymətdən baha satırmış - PROTOKOL TƏRTİB EDİLDİ
FED.az bu barədə Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə istinadən xəbər verir
Məlumata görə, şirkətin istehlakçılara təqdim etdiyi sifariş blankına qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarla müqayisədə istehlakçıların hüquqlarını məhdudlaşdıran şərtlər daxil edilib.
Bununla bağlı inzibati xəta haqqında protokol 4 iyun 2026-cı il tarixində tərtib olunub.
Aşkar edilmiş pozuntu “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və 16-cı maddələrinin tələblərinin pozulması kimi qiymətləndirilib.
Hüquq pozuntusu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.9-cu maddəsi – istehlakçının hüquqlarını məhdudlaşdıran şərtlərin müqaviləyə daxil edilməsi üzrə rəsmiləşdirilib. Buna görə şirkət barəsində inzibati xəta haqqında protokol tərtib edilib.
“Divançı.az” MMC 2022-ci ilin iyun ayında dövlət qeydiyyatına alınıb. “Divançı.az” MMC 2021-ci ildə yaradılmış yerli “DivanChi İnteriors” mebel brendinin hüquqi şəxsidir. Şirkətin nizamnamə kapitalı 10 manatdır, qanuni təmsilçisi Zülfüqar Hüseynli Azər oğludur. Onun təsisçisi (sahibi) dizayner Fərrux Əliyevdir. Şirkət yerli istehsal mebelləri ilə xarici məhsullara alternativ təqdim etməyi və brendini beynəlxalq bazarda tanıtmağı hədəfləyir.
Hazırda şirkətin dövlət büdcəsinə 20 502 manat vergi borcu mövcuddur.














