Avropa Mərkəzi Bankı (AMB) üzərində hazırkı sədr Kristin Laqardın imzası olan yenilənmiş avro əsginaslarının dövriyyəyə buraxılacağını elan edib.
Eləcə də bax: Avropada 100 illik istiqraz buraxıldı - İLLİK 0,88% GƏLİRLİKLƏ
FED.az xəbər verir ki, bu barədə AMB “Twitter” səhifəsində məlumat yayıb.
“Yeni imzalı əsginaslardan ilk olaraq 5 və 10 avro dəyərəindəki banknotlar dövriyyəyə buraxılacaq. Bu, gələn həftə reallaşacaq”, - məlumatda deyilir.
Qeyd edək ki, K.Laqard 2019-cu il noyabrın 1-dən AMB rəhbəri vəzifəsini icra edir. Amma buna qədər dövriyyədə yalnız onun üç sələfinin – Vim Duyzenberq (1998-2003-cü illərdə AMB-yə rəhbərlik edib), Jan-Klod Trişe (2003-2011) və Mario Draqinin (2011-2019) imzaları olan banknotlar olub.
AMB-dən bildiriblər ki, tənzimləyicinin keçmiş rəhbərlərinin imzaları olan əsginaslar yeniləri buraxıldıqdan sonra da qanuni ödəniş vasitəsi olaraq qalacaq. (Report)