Avstriyada illik 0,88% gəlirliklə 100 il müddətli istiqraz buraxılıb.
Eləcə də bax: Azərbaycanda 19 illik istiqraz buraxılacaq – HƏRRAC, ŞƏRTLƏR
FED.az xəbər verir ki, buraxılışın ümumi həcmi 2 milyard avro təşkil edir və məqsəd pandemiyanın gətirdiyi iqtisadi problemləri həll etmək, biznes aktivliyini artırmaqdır. Mütəxəssislər bildirir ki, istiqrazların gəlirliyinin belə aşağı olması bazarda böyük həcmdə ucuz pulların olması ilə bağlıdır. Hətta problemlər içində olan İtaliyanın istiqrazlarının da gəlirliyi azalıb. Avstriyanın istaqrazlarına marağın böyük olması isə investorlar üçün seçimlərin böyük olmadığının göstəricisidir – onlar pullarını ya daha gəlirli, amma riskli alətlərə, ya da dövlət kağıəzlarına yatırmalıdırlar.
Avstriya AA + səviyyyəli reytinqə malik olduğundan onun kağızları investorlar, xüsusilə də pensiya fondları üçün daha sərfəli görünür.
100 illik istiqrazlar bir qədər əvvəl İrlandiya və Belçikada da buraxılıb. Fransa isə 50 illik borc kağızları satıb. Almaniya öz növbəsində 30 illik mənfi dərəcəli kağızlar buraxıb. Avstriyanın təcrübəsi göstərri ki, bundan sonra getdikcə daha çox Avropa ölkəsi 50-100 illik istiqrazlara üstünlük verəcək. Nəticədə 30 illik istiqrazlar uzunmüddətli deyil, orta müddətli sayılacaq.