2017-ci ilin ilk 11 ayında keçən ilin müvafiq dövrü ilə müqayisədə xarici ticarət dövriyyəsi 12 faiz artaraq 21,8 milyard ABŞ dolları təşkil edib.
FED.az xəbər verir ki, bu barədə maliyyə naziri Samir Şərifov Nazirlər Kabinetinin dünən keçirilən yığıncağında məlumat verib. O bildirib ki, əmtəə ixracı 19 faiz artaraq 14 milyard ABŞ dollarını üstələyib, qeyri-neft əmtəə ixracı isə 24 faiz artıb. Bütövlükdə ticarət hesabında 6 milyard ABŞ dollarından çox müsbət saldo yaranıb və nəticədə dövlətin məcmu valyuta ehtiyatları ilin əvvəlinə nisbətən 4,5 milyard ABŞ dolları və ya 13,3 faiz artıb.
Valyuta ehtiyatları nəyin hesabına artıb? Nazirdən açıqlama

15:47
11 Yan 2018