Bank of America strateqlərinin fikrincə, potensial volatillik yaradan neft qiymətlərinin yüksəlməsi xalis neft idxalçıları olan Şərqi Avropa, Yaxın Şərq və Afrika (EEMEA) regionunda yerləşən ölkələrin valyutalarının performansını azalda bilər. Bank Türkiyə, Polşa və Macarıstanın valyutalarında ucuzlaşma gözləyir.
Türkiyə lirəsi manat qarşısında - Rekord Səviyyədə Ucuzlaşıb
FED.az xəbər verir ki, bankın analitikləri qeyd ediblər ki, onlar forvardlara uyğun olaraq lirənin mütəmadi olaraq ucuzlaşacağını gözləyirlər. Bank 2023-cü ilin son rübündə Dollar/Türk Lirəsi məzənnəsinin 30 lirəyə çatacağını gözləyir.
Analitiklər oktyabr ayında Polşada uçot dərəcəsinin azaldılması və güclü dolların təsiri ilə zlotinin ilin qalan hissəsində ucuzlaşacağını gözləyirlər. Analitiklər avro/zlotinin bu il 4,70-ə, gələn ilin birinci rübündə isə 4,80-ə yüksələcəyini nəzərdə tuturlar. (Marja)