Türkiyədə dolların məzənnəsi yeni rekord vurub.
FED.az xəbər verir ki, fevralın 27-də Türk lirəsi dollar qarşısında ucuzlaşaraq 1 dollara 6,19 lirə səviyyəsinə düşüb.
Son bir ayda lirə dollar qarşısında 4.2% ucuzlaşıb. Yanvarın 27-də Türkiyədə dollar 5,94 lirə idi.
Dollarla yanaşı, Türkiyədə avro da ucuzlaşmaqdadır. Ötən gün 1 avro 6,81 lirə olub. Son bir ayda ucuzlaşma 3,8% təşkil edib.