Maliyyə Nazirliyi 32 dövlət müəssisəsinin 2023–2025-ci illər üzrə maliyyə göstəricilərini təhlil edərək onların fiskal risk reytinqini müəyyənləşdirib.
FED.az xəbər verir ki, bu barədə Nazirlikdən bildirilib. Qiymətləndirmənin nəticələri Azərbaycan Respublikası Prezidentinə təqdim edilib.
Hesabat dövründə 1 113 dövlət müəssisəsi üçün elektron kabinet açılıb və onların hesabatlarının rəqəmsal qaydada qəbuluna başlanılıb.













