Rusiya bankları Qərbin sanksiya tətbiq edəcəyindən narahat olaraq belə vəziyyətə hazırlıq görmək üçün xaricdən ölkəyə böyük məbləğdə dollar və avro gətiriblər.
“Bravo”dan Azərbaycan Meliorasiya və Su Təsərrüfatına - TRANSFER
FED.az xəbər verir ki, bu barədə «İzvestiya» qəzeti məlumat yayıb. Artıq maliyyə analitikləri Rusiya banklarının ölkəyə rekord məbləğdə xarici valyuta gətirdiyini bildirirlər. Onların hesablamalarına görə, təkcə son həftələrdə xaricdən Rusiyaya 4,97 milyard dollarlıq vıalyuta gətirilib.
Keçən il Mərkəzi Bankda keçirilən valyuta hərracının sayı - AÇIQLANDI
Ekspertlər hesab edir ki, ölkəyə valyuta axınının səbəbi rus banklarının Ukrayna ətrafındakı vəziyyətdən narahat olmasıdır. Banklar hesab edir ki, yaranmış vəziyyətə görə Qərb Rusiyaya sanksiya tətbiq etsə nağdsız hesablaşmalarda problem yaranacaq.
Məsələ bundadır ki, Ukrayna ətrafında vəziyyətin gərginləşməsi fonunda Qərb Rusiyanı beynəlxalq ödəniş sistemindən – SWIFT-dən ayırmaq və Beynəlxalq Valyuta Fondunun kreditlərinə çıxışını bağlamaq istəyir. Bu vəziyyəti izləyən Rusiya bankirləri indidən nağd pul ehtiyatı görməyə başlayıblar.
İndiyədək ölkəyə valyuta axınının orta məbləği 2 milyard dollar ətrafında idi. 4,97 milyard dolların çəkisi isə təqribən 50 ton təşkil edir. Qeyüd edək ki, bundan əvvəl belə yüksək həcmdə valyuta gətirilməsi halı 2020-ci ilin martında, pandemiya ərəfəsində baş vermişdi.