Ötən il ərzində Mərkəzi Bankda Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) valyuta vəsaitlərinin satışları üzrə hərracların təşkili davam etdirilib.
Eləcə də bax: Neft Fondu valyuta hərraclarındakı satışını - 13% ARTIRIB
FED.az biznes və maliyyə xəbərləri portalı AZƏRTAC-a istinadən xəbər verir ki, Mərkəzi Bankın 2021-ci il üzrə Pul Siyasəti İcmalına əsasən bildirilir ki, 2021-ci ildə Mərkəzi Bankda ümumilikdə 99 valyuta hərracı keçirilib. Xarici mühitdə baş verən proseslərin dolayı təsirləri ilə yaranmış gözləntilər nəticəsində yanvar ayında valyuta bazarında tələb artsa da, fevral ayından başlayaraq tələbin azalması və sabitləşməsi müşahidə olunub. Neftin dünya qiymətinin yüksəlməkdə davam etməsi nəticəsində gözləntilərin yaxşılaşması valyuta bazarına əlavə sabitləşdirici təsir göstərib. Mərkəzi Bankın valyuta bazarına müdaxiləsi alışyönlü olub və 245 milyon ABŞ dolları təşkil edib.