Rusiyada dollar və avro rubl qarşısında sürətlə bahalaşır.
FED.az xəbər verir ki, fevralın 27-də ticvrət günün sonunda dolların məzənnəsi 66 rublu keçərək 66,17-də möhkəmlənib. Bu 2019-cu ilin sentyabrından indiyədək dolların ən yüksək məzənnəsidir.
Son bir ayda dollar rubl qarşısında 5,1% bahalaşıb
Avronun məzənnəsi isə 72,85 rubla çatıb.
Bu da 2019-un sentyabrından indiyədək avronun ən yüksək məzənnəsidir.
Son bir ayda avro rubl qarşısında 6,1% bahalaşıb.