Rusiyada dollar və avronun məzənnəsi artmaqda davam edir.
FEDaz xəbər verir ki, Rusiya Mərkəzi Bankının açıqladığı rəsmi məzənnəyə əsasən 1 dollar 66,99 rubl, 1 avro 73,72 rubla bərabər olub. Bu gün avro 2 rubl, dollar isə 1,3 rubl bahalaşıb.
Hərracların gedişində 1 avro 74 rubl həddini də vurub ki, bu da 2019-cu ilin avqusundan indiyədək ən yüksək göstəricidir.