Azərbaycan Mərkəzi Bankı (AMB) bu günə olan rəsmi valyuta məzənnələrini açıqlayıb.
FED.az xəbər verir ki, 2023-cü il yanvarın 25-də ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat, 1 Rusiya rublu 0.0246 manat, türk lirəsi isə 0.0904 manat təşkil edib. Avronun dollar qarşısında bahalaşması manata qarşı məzənnəsinə də təsir edib və bu gün 1 avro 1.8527 manata kimi yüksəlib. Başqa sözlə, avro ötən günlə müqayisədə 0,2% bahalaşıb.