Xəbər verdiyimiz kimi, bu gün yanvarın11-də Mərkəzi Bank və Dövlət Neft Fondunun (DNF) iştirakı ilə növbəti valyuta hərracı baş tutub. FED.az-ın bank dairələrindən əldə etdiyi məlumata görə, bu dəfə hərraca ümumilikdə 55 milyon dollar çıxarılıb. Ancaq hərracda dollara tələb bundan 12 milyon dollar artıq olub.
Buna baxmayaraq, satış məzənnəsi çox da yüksək olmayıb. Beləliklə, bu günki valyuta hərracında banklara 67 milyon 250 min dollar satılıb.
Hərraca daxil olan sifarişlərin sayı da artıb. Bundan öncəki hərracda 16 sifariş daxil olmuşdusa, bu dəfə onların sayı 19-a çatıb. Sifarişlərin həcmi də böyük olub. Ən böyük sifarişin məbləği 20 milyon dollar, digər 2 sifarişin isə hər biri 13 milyon dollar təşkil edib.
Onu da deyək ki, bu gün hərraca bankların rayon filiallarından da sifarişlər daxil olub. Məlumata görə, hərraca İmişli, Saatlı və Şabran rayonlarından sifarişlər verilib.
Hərracda dolların satış məzənnəsi 1.7000-1.7001 aralığında qeydə alınıb. Qeyd edək ki, yanvar ayında hərraclarda ümumilikdə 165 milyon 650 min dollar satılıb. Xatırladaq ki, yanvarın11-də baş tutan hərracda manatın ortaçəkili məzənnəsi 1,7001 səviyyəsində formalaşıb.
Rayonlarda dollara tələbat artdı – HƏRRACIN NƏTİCƏSİ
13:35
11 Yan 2018