Davamlı olaraq ABŞ dolları bahalaşır. EUR/USD məzənnəsinin (Avro/Dollar) tezliklə son 20 illik minimumlarını sınaqdan keçirəcəyi gözlənilir.
Eləcə də bax: Yaponiyanın valyutası dollar qarşısında 1990-cı ildən bəri - Ən Aşağı Səviyyəyə Düşüb
FED.az xəbər verir ki, qlobal investisiya bankı Citi-nin strateqləri iddia edirlər ki, ABŞ dolları "hələ pik həddinə çatmayıb".
Citi EUR/USD məzənnəsinin ilk öncə 0.93 səviyyəsinə, "soyuq küləklər" artarsa 0.86-ya düşə biləcəyini iddia edirlər.
Qeyd edək ki, bu dəqiqələrdə Avro/Dollar məzənnəsi 0.47 səviyyələrindədir. (Marja)