Bu ilin yanvar-aprel aylarında Dövlət Neft Fondu (ARDNF) 1 mlrd 989,8 mln ABŞ dolları məbləğində valyuta satışı həyata keçirib.
Eləcə də bax: Elman Rüstəmov: "Neft Fondunun 140 mln dollarlıq ehtiyatı yaranıb"
FED.az Fonda istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 39,8 % azdır.
Təkcə aprel ayında isə ARDNF-in valyuta satışının məbləği 509,9 milyon ABŞ dolları təşkil edib. Bu isə ötən ilin aprel ayına nisbətən 4 % azdır. (Report)