“Valyuta bazarında hai-hazırda tarazlıq hökm sürür. Sadəcə yanvar ayında həm nağd, həm də qeyri-nağd valyuta üzrə tələbin artmasını müşahidə etdik”.
Eləcə də bax: Neft Fondundan dövlət büdcəsinə daha az transfert - Qeydə Alınıb
FED.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov deyib.
E.Rüstəmov təmsil etdiyi qurumun bazardan valyuta alıb-satmadığını qeyd edib:
“Amma sonradan sabitlik bərpa olundu. İndi 140 milyon ABŞ dollarına qədər Azərbaycan Dövlət Neft Fondunun satışlarında qənaət var. AMB hazırda bazardan valyuta almır”. (Report)