27 dekabr 2017-ci il tarixində Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikasının Mərkəzi Bankının 350 mln manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dan FED.az-a verilən məlumata görə, hərrac zamanı 14 investor tərəfindən qiymət intervalı 98.8472 AZN (14.99%) və 99.0750 AZN (12.00%) olan 16 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 348 338 800,00 AZN olub.
AMB-nin qərarına əsasən istiqrazların kəsmə qiyməti 98.8472 AZN (14.99%), orta ölçülmüş qiyməti 98.9009 AZN (14.29%) müəyyən edilmişdir. Hərrac nəticəsində istiqrazların yerləşdirilmiş həcmi 350 000000 AZN təşkil edib.