Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti “İstehlak krediti müqaviləsi üzrə standart məlumatlandırma forması”nın təsdiq edilməsi barədə qərar qəbul edilib.
ABA: "Biznes kreditlərinin 26%-i, istehlak kreditlərinin 88 %-i girovsuz verilir"
FED.az xəbər verir ki, qərarı 26 iyul 2023-cü ildə AMB-nin sədri Taleh Kazımov imzalayıb.
“Təsdiq edilmişdir”
Azərbaycan Respublikasının Mərkəzi Bankı
Qərar №38/2
26 iyul 2023 il
İstehlak krediti müqaviləsi üzrə standart məlumatlandırma forması
1. |
Borcverənin adı |
|
|
2. |
Borcverənin ünvanı |
|
|
3. |
Kreditin növü |
İstehlak krediti |
|
4. |
Kreditin məbləği (kredit xəttinin limiti) və valyutası |
_________ manat/dollar/digər xarici valyuta ______
|
|
5. |
Kreditin qaytarılma müddəti |
Siz krediti __________ il/ay/gündən gec olmayaraq qaytarmalısınız. |
|
6. |
Kreditin ödəniş şərtləri
|
Kredit ödənişlərini aşağıdakı üsullarla həyata keçirə bilərsiniz: ● bank hesabından köçürməklə; ● ödəniş terminalları ilə; ● nağd qaydada banka ödənilməklə; ● sair. Qeyd edilən üsullardan hər hansı birinin istifadəsinin mümkün olmaması Sizi digər mümkün üsullardan istifadə etməklə ödənişləri vaxtında həyata keçirmək öhdəliyindən azad etmir. |
|
7. |
Kredit müəyyən malın alınması və ya xidmətin göstərilməsi ilə əlaqədar olaraq əlaqəli kredit müqaviləsi vasitəsilə verildikdə, həmin mal və ya xidmətin: Adı Nağd qiyməti (malın və ya xidmətin alınması zamanı birdəfəlik ödəniş edildikdə) |
____________
____________
|
|
8. |
Kredit üzrə tətbiq edilən faizlərin illik dərəcəsi və (və ya) digər ödənişlərin məbləği və onların tətbiq edilmə şərtləri |
● illik faiz dərəcəsi______ % ● bu Formanın 6-cı hissəsində göstərilən ödəniş üsullarının (borcverənə məxsus ödəniş şəbəkəsindən istifadə edildikdə) tətbiqi ilə bağlı komisyon haqlar ______ ● digər ödənişlər ______ |
|
9. |
Faktiki illik faiz dərəcəsi (FİFD)
FİFD kreditin əldə edilməsinə çəkilən xərci göstərir. Bu göstərici vasitəsilə Siz digər kredit təşkilatlarının təkliflərini müqayisə edərək qiymətləndirə bilərsiniz. FİFD Mərkəzi Bankın normativ xarakterli aktında müəyyən edilmiş düstur əsasında hesablanmışdır. |
Faktiki illik faiz dərəcəsi_______ %
|
|
10. |
Tətbiq edildikdə, kredit üzrə faizlərin tutulmadığı müddət barədə aydın və dəqiq məlumat |
Məlumat misal üzərindən göstərilir. |
|
11. |
İstehlakçı tərəfindən edilməli olan ödənişlərin məbləği, sayı və dövriliyi
|
Tərəfinizdən ödəniləcək ümumi məbləğ: ● Əsas borc _______ ● Faiz borcu_______ ● Kreditlə əlaqəli digər ödənişlər _______
Ödənişlər aşağıdakı cədvəl üzrə həyata keçirilir:
|
|
12. |
Yetərli miqdarda olmayan və ya artıq miqdarda edilən ödənişlərin öhdəliyin icrasından silinmə ardıcıllığı |
Siyahı şəklində yetərli miqdarda olmayan ödənişlərin öhdəliyin icrasından silinmə ardıcıllığı:
Siyahı şəklində artıq miqdarda edilən ödənişlərin öhdəliyin icrasından silinmə ardıcıllığı: |
|
13. |
Tətbiq edildikdə, ödəniş və nağdlaşdırma əməliyyatlarının qeydiyyatını aparan bir və ya bir neçə hesabın saxlanma xərcləri, o cümlədən ödəniş və nağdlaşdırma əməliyyatları üçün ödəniş vasitələrindən istifadə xərcləri, kredit müqaviləsindən irəli gələn digər xərclər və bu xərclərin dəyişdirilmə şərtləri |
● hesabın saxlanma xərcləri__________ ● konvertasiya haqqı__________ ● nağdlaşdırma komissiyası__________ ● ölkədaxili köçürmələr üzrə komissiyalar__________ ● ölkəxarici köçürmələr üzrə komissiyalar__________ ● kredit kartı üzrə xərclər__________ ● kredit üzrə digər xərclərin adı və məbləği __________ ● xərclərin dəyişdirilmə şərtləri (yalnız azaldılma istiqamətində) ____________ |
|
14. |
Tətbiq edildikdə, kredit müqaviləsinin bağlanılması ilə bağlı istehlakçı tərəfindən ödənilməli olan notarial xərclərin mövcudluğu |
Var/yoxdur |
|
15. |
Kreditin alınması üçün əlavə xidmət müqaviləsinin, o cümlədən sığorta müqaviləsinin bağlanılması məcburi olduğu hallarda belə müqavilənin növü və istehlakçının istehlak krediti müqaviləsi ilə bağlı belə müqaviləni bağlamaq vəzifəsi |
Əgər varsa, müqavilənin növü (sığortanın növü) |
|
16. |
İstehlakçının ödənişlərini vaxtında etməməsinin hüquqi nəticələri |
Ödənişlər gecikdirildiyi halda bu Formada nəzərdə tutulan gecikdirmə faizləri və ya dəbbə pulu tətbiq edilə, təminata tutma yönəldilə, kreditin vaxtından əvvəl qaytarılması tələb edilə, habelə qanunda və müqavilədə müəyyən edilmiş digər tədbirlər görülə bilər. |
|
17. |
Tətbiq edildikdə, gecikdirilmiş ödənişlərlə bağlı gecikdirilmə faizləri
● Gecikdirilmə faizləri illik faiz dərəcəsinə 5 faiz bəndi əlavə edilməklə hesablanan məbləğdən çox deyildir. ● Əlavə olaraq dəbbə pulu (cərimə, penya), komissiya və ya digər formada hər hansı ödəniş tələb edilməyəcək. ● Gecikdirilmə faizlərinin hesablanması 180 gündən çox davam etməyəcək. |
Sizdən vaxtında ödənilməyən ödənişlər üçün ____% həddində gecikdirilmə faizi tutulacaq. |
|
18. |
Tətbiq edildikdə, gecikdirilmiş ödənişlərlə bağlı ödənilməli dəbbə pulu (gecikdirilmə faizlərinin tətbiq edildiyi hallar istisna olmaqla) |
Sizdən gecikdirilmiş ödənişlər üçün ________ miqdarda dəbbə pulu tələb ediləcək.
|
|
19. |
Tətbiq edildikdə, kreditin verilməsi üçün tələb olunan təminatlar və onlar barədə məlumatlar |
● növü ● verilməsi/rəsmiləşdirilməsi müddəti ● sair |
|
20. |
İstehlakçının istehlak krediti müqaviləsindən imtina hüququnun həyata keçirildiyi müddət və şərtlər |
Sizə kredit verildiyi gündən 30 (otuz) gün ərzində heç bir səbəb göstərmədən istehlak krediti müqaviləsindən imtina edə bilərsiniz. Bu halda, Siz müqavilə üzrə verilmiş pul vəsaitini və vəsaitin verildiyi gündən qaytarıldığı günədək hesablanan faizləri ödəməlisiniz. Bu halda borcverən tərəfindən ödənilən dövlət rüsumu və xidmət haqlarından başqa Sizdən kompensasiya və hər hansı digər ödənişlər tələb edilə bilməz. Əgər istehlak krediti müqaviləsi əlaqəli kredit müqaviləsidirsə, Siz Azərbaycan Respublikası Mülki Məcəlləsinin 746-6-cı maddəsində nəzərdə tutulan hüquqlardan istifadə edə bilərsiniz. |
|
21. |
İstehlakçının istehlak kreditini vaxtından əvvəl ödəmək hüququ |
Siz istənilən vaxt xəbərdarlıq etmədən istehlak kreditini vaxtından əvvəl tam və ya qismən geri qaytara bilərsiniz. Bu halda, kreditin qalıq müddətinə görə hesablanmış faizlər və (və ya) digər haqlar vaxtından əvvəl ödənilmiş məbləğə uyğun olaraq azaldılır. Kreditin qismən vaxtından əvvəl ödənilməsi halında, borcverənlə razılaşma əsasında və ödəniş cədvəlində müvafiq dəyişiklik edilməklə: dövri ödənişlərin məbləği azaldıla; dövri ödəniş məbləğləri saxlanılmaqla, kredit müddəti azaldıla bilər.
|
|
22. |
Tətbiq edildikdə, istehlak krediti müqaviləsinin vaxtından əvvəl icrası zamanı borcverənin kompensasiya hüququ, kompensasiyanın məbləği və müəyyən edilməsi qaydası
|
Bu halda borcverən Sizdən müqavilə ilə müəyyənləşdirilmiş kompensasiya məbləğini tələb edə bilər. Bu zaman kompensasiyanın məbləği müqavilə müddətinin bitməsinə: ● 1 ildən çox müddət qaldıqda – vaxtından əvvəl ödənilmiş məbləğin 1 faizdən; ● 1 il və daha az müddət qaldıqda isə – vaxtından əvvəl ödənilmiş məbləğin 0,5 faizindən çox olmayacaqdır. Əgər tərəfinizdən son 12 ay ərzində kredit üzrə vaxtından əvvəl ödənilmiş məbləğ ölkə üzrə müəyyən edilmiş minimum əməkhaqqı məbləğinin 40 mislindən (cari il üçün göstərici qeyd olunur – məs: 345 x 40=13800) çox olarsa, borcverən ona dəymiş zərəri məhkəmə qaydasında və ya zərər baş verdikdən sonra Sizinlə ayrıca razılıq əldə etməklə sübut etmək şərtilə daha yüksək (dəymiş zərərə mütənasib) kompensasiya tələb edə bilər. Kompensasiya məbləği hər bir halda vaxtından əvvəl ödənilmə anı ilə müqavilənin müddətinin başa çatması anı arasındakı müddətdə ödənilməli olan illik faiz dərəcəsi üzrə hesablanmış faiz məbləğlərindən çox ola bilməz. |
|
23. |
Tətbiq edildikdə, borcverənin borcun vaxtından əvvəl qaytarılmasını tələb edə bildiyi hallar |
||
24. |
Kredit bürolarından alınmış məlumatlar əsasında kredit verilməsindən imtina edildikdə, bu barədə istehlakçının ödənişsiz olaraq məlumat almaq hüququ |
Siz müraciət etdiyiniz halda, müvafiq məlumat növbəti iş günündən gec olmayaraq Sizə yazılı şəkildə (kağız və ya digər davamlı daşıyıcıda) təqdim ediləcəkdir. |
|
25. |
İstehlakçının müraciəti əsasında müqavilə layihəsinin surətini borcverəndən ödənişsiz almaq hüququ
|
Hazırkı məlumatların qüvvədə olduğu müddətdə Siz bu hüquqdan istifadə etmək istədikdə, borcverənə _________________________________________ (hara və hansı qaydada müraciət edilməsi göstərilməklə)
müraciət edə bilərsiniz. |
|
26. |
Bu Formada verilən məlumatların qüvvədə olduğu müddət |
Məlumatlar __ ____ 20__- __ il tarixinədək qüvvədədir. |
|
27. |
Bu Formada verilən məlumatların qanuna uyğun olmadığını müəyyən etdikdə istehlakçının öz hüquqlarının müdafiəsi üçün ata biləcəyi addımlar |
Aşağıdakılara müraciət edə bilərsiniz: ● borcverənə (əlaqə vasitələri göstərilməklə); ● Azərbaycan Respublikasının Mərkəzi Bankına; ● mediatora (mediasiya təşkilatı) və ya Bank Ombudsmanına; məhkəməyə. |
|
28. |
Azərbaycan Respublikası Mərkəzi Bankının qaynar xətti |
966 Qaynar xəttə daxil olan zənglər iş günlərində fasiləsiz olaraq saat 09:00-dan 18:00-dək qəbul edilir. |
|
29. |
İstehlakçının bu Formanı əldə etməsinin təsdiqi |
Ad, soyad:______________ İmza:________ Tarix:________ |
|
Formanın doldurulmasına dair qeydlər:
Qeyd 1. Bu Forma aydın şəkildə oxuna bilən ölçülərdə tərtib edilir.
Qeyd 2. Bu Formanın müddəaları borcverən tərəfindən tətbiq edilmədikdə, Formanın sağ hissəsində “Tətbiq edilmir” qeydi yazılır və ya qismən tətbiq edildikdə, yalnız tətbiq olunanlar qeyd edilir.
Qeyd 3. İstehlak krediti müqaviləsində faizlərin əvəzinə digər ödənişlər nəzərdə tutulduqda, bu Formanın faizlərlə bağlı müddəaları həmin ödənişlərə də şamil edilir.
Qeyd 4. Bu Formanın 21-ci hissəsində kreditin qismən vaxtından əvvəl ödənilməsi halında dövri ödənişlərin digər qaydası müəyyən edildikdə həmin qayda göstərilir.
Qeyd 5. Borcverən borcun vaxtından əvvəl qaytarılmasını tələb etmək hüququnu tətbiq etdikdə Formanın 23-cü hissəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 742.5-ci və 746-5.3-cü maddələrinin tələbləri nəzərə alınmaqla tətbiq olunan hallar göstərilir. Qeyd 6. Bu Formaya istehlak krediti ilə bağlı qanuna zidd və qeyri-müəyyən olmayan digər məlumatlar da daxil edilə bilər.
Qeyd 7. Bu Forma elektron formada (davamlı daşıyıcıda) təqdim edildikdə istehlakçı tərəfindən müvafiq məlumatların əldə edilməsi elektron qaydada təsdiq oluna bilər