PAŞA Sığorta müxtəlif avtomobil sığortası hadisələri üzrə müştərilərinə ümumilikdə 74 860 manat məbləğində ödəniş həyata keçirib.
FED.AZ xəbər verir ki, hadisələrdən birində sürücü idarəetməni itirərək daş hasara və digər avtomobilə çırpılıb, 32 000 manat zərər yaranıb. Digər avtomobil isə hərəkət zamanı qəfil alovlanaraq tam yararsız vəziyyətə düşüb və bu hadisə üzrə 22 355 manat ödəniş edilib. Üçüncü hadisədə isə qəzanı qarşı tərəf törədib və sığortalı avtomobilə 20 505 manat zərər dəyib.
Sonucu hadisə bir daha göstərir ki, qəzanın səbəbkarı hər zaman sığortalının özü olmur. İcbari sığorta isə 5 000 manatlıq limitlə avtomobil sahibinin zərərini tam qarşılamır. Buna görə sürücülərə KASKO sığortası almaq çox tövsiyə olunur.
KASKO sığortasını heç yerə getmədən həll edə bilərsiniz. “PAŞA Sığorta”nın rəsmi VEB-SAYTINDA FORMANI doldura və ya rəsmi Instagram səhifəsindən müraciət etsəniz kifayətdir.














